Rusiyada diaspora quruculuğunun ləng olmasının səbəbləri

Rusiyada diaspora quruculuğunun ləng olmasının səbəbləri
12 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu üzəridən yeni bir hərbi müdaxilə ssenarisi baş tutmadı. Bu hadisə əslində nəinki Azərbaycanda, həm də dünya azərbaycanlıları arasında çox böyük coşqu ilə qarşılandı. Həm də ilk dəfə olaraq, Azərbaycanın siyasi, ictimai və sosial sahəsində yeni bir anlayışa səbəb oldu. Bu həm də baş verəcək hadisələrə cəmiyyətin ümummilli anlayış çərçivəsində yanaşma tərzinə çevrilməsi ilə müşahidə olundu. Təbii olaraq, Azərbaycan cəmiyyəti ilə yanaşı, xaricdə yaşayan soydaşlarımız və çoxsaylı diaspora təşkilatlarımız da bu hadisəyə ümummilli xarakter baxımından dəyər verdilər. Proseslərin belə bir məcra ilə inkişaf xətti artıq diaspora təşkilatlarımızın vahid komanda şəklində addım atması üçün örnəyə çevrildi.

Səfir Polad Bülbüloğlu: “Rusiya sizə çörək verir…”

12 iyul hadisələrinin ardınca dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımız və diaspora təşkilatlarımız, eləcə də səfirliklərimiz ümummilli proses dalğasında birlik nümayiş etdirdiyi ərəfədə, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu səfirliyin toplaşan həmyerlilərimizin önündə çıxış edib. Səfir bildirib ki, çox vəziyyət mürəkkəbdir: “Heç vaxt yaddan çıxarmaq lazım deyil ki, Rusiyada yaşayırsınız və əksəriyyətiniz də Rusiya vətəndaşısınız. Bu ölkə sizə çörək verir. Təbii ki, müəyyən qüvvələr var ki, bunu heç kimdən gizlətmək olmaz. Əksəriyyətiniz gəncsiniz, oxumuş adamlarsınız, sizdən gizlətmək istəmirəm, vəziyyət mürəkkəbdir. Bu qüdrətli ölkə ilə biz həmişə dost olmalıyıq. İnanıram ki, bu məsələlər öz həllini tapacaq. Bu zamanda da Ermənistan silahlanıb. Orada onları dəstəkləyən müəyyən qüvvələr var”.
Əcəb məntiqlə xalqımıza müraciət edən səfir Polad Bülbüloğlu hərmiş olduğu kimi öz ampulasında çıxış etdi. 1988-ci ildə Əbdürrəhman Vəzirovun demokratiya dağlasına bütünən bu zat, yəni ortabab müğənni Polad Bülbüloğlu gözlənilmədən mədəniyyət naziri postuna gətirildi. Ömrü boyu dahi müğənni və bəstəkar Müslüm Maqomayevə paxıllıq edən Polad Bülbüloğlu bu dəfə, fürsətdən istifadə edib azından “SSRİ xalq artisti” fəxri titulunu almaq üçün çox canfəşanlıq etdi. Ancaq, ona mədəniyyət üzrə vicdanlı iriçəkili məmurlar onun bu arzusunu xəyal olaraq yaşaması tövsiyyəsini verə bildilər. Ataz Mütəllibov iqtidarı çağında Polad Bülbüloğlu bu dəfə “yest takaya natsiya, Bakinets” qruplaşması ilə birgə hərəkət edərək öz vəzifəsini qorumaq üçün hərəkətə keçdi. 1992-ci ildə Əbülfəz Elçibəy prezident seçiləndən sonra, bu dəfə də “Dahi müğənni Bülbülün yadıgarı” ədəbi priyomu ilə vəzifəsini qədər qorumaq üçün bir sıra ağsaqqal bəstəkarları irəli verdi. 1993-cü ildən 2003-cü ilə kimi prezident Heydər Əliyevin “əfvi”nə sığınmaq üçün minbir oyunların iştirakçılarından biri kimi addım atdı. 2003-cü il president seçkiləri zamanı özünün bürokratik saray oyunları qaydası ilə İlham Əliyevin komandasının bir parçası olduğunu hər addımda təbliğ etməkdən belə çəkinmədi. 2006-cı ildə prezident İlham Əliyev onu nazir vəzifəsindən uzaqlaşdıraraq, Rusiyaya səfir təyin etmişdir. 14 ildir səfir vəzifəsində çalışan Polad Bülbüloğlu faktiki olaraq, Azərbaycanın milli maraqları çərçivəsində hər hansı bir addımı atmadığı üzə çıxır. Bu il iyul ayının 17-də Moskvada səfirliyin binası qarşısına toplanan soydaşlarımıza “Rusiya sizə çörək verir” deməklə onları aşağılayan çıxışı haqlı narazılıqlara səbəb oldu. Halbuki, səfir belə bir riverans etməklə, Azərbaycanın maraqları çərçivəsində deyil, özünün komprador qavramları içində hərəkət etdiyini bir daha sübut etdi.

Rusiyada 3 milyona yaxın soydaşımız bu dövlət üçün çalışır

XXI əsr elə bir qarışıqlıqla üz-üzədir ki, əksər sosioloqlar bu yerdəyişmələrin sosial və ictimai baxımdan hələ ki, diaqnozunu dəqiq qoya bilməmişlər. Bu gün 3 milyona yaxın azərbaycanlı Rusiyada öz halal alın təri, istedadı, savad və biliyi, bacarığı ilə bu dövlətin maddi, sosial, ictimai və mədəni həyatında yaxından iştitrak edirlər. Bu bir xalq üçün olduqca qürurverici xarakterdir. Kimsənin çörəyinə şərik olmadan ona çörək verməyi bacarasan. Polad Bülbüloğlu kimiləri o qədər onun-bunun çörəyini yeməyə alışmışlar ki, elə bilirlər başqaları da belədir. Xüsusilə Azərbaycan Dövlət Diaspor Komitəsi fərqli cəmiyyətləri və strukturları uzlaşdıraraq vahid komanda ilə addım atmağın düsturunu önə ürməkdədir. Bu, həm də Azərbaycan dövlətinin milli iradəsi deməkdir.

Hal-hazırda qeyri-rəsmi statistikaya görə, Rusiyada 3 milyona yaxın soydaşımız yaşayır ki, onlar Federasiyanın 89 subyektinin hamısında məskunlaşmışlar. Hal-hazırda sayı 3 milyona çatan Rusiya azərbaycanlılarının əksəriyyətini 1991-ci ildən sonra kütləvi şəkildə bu əraziyə köçənlər təşkil edirlər. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra buradakı soydaşlarımızın diaspor formalaşdırması prosesi xususi intensivliklə başlanmış və hazırda davam etməkdədir. Rusiyada azərbaycanlıları ətrafında birləşdirməyə calışan 13 mərkəz fəaliyyət göstərsə də, bunlardan ikisi – Ümumrusiya azərbaycanlıları Konqresi, Rusiya azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyəti FNKA-AZERROS ətrafında Azərbaycan cəmiyyətləri və təşkilatları toplaşıb və Rusiyanın bir çox bölgəsində özəkləri var. Rusiyada Azərbaycan diaspor təşkilatları 89 obyektin hamısında fəaliyyət göstərir. Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və cəmiyyətlərini ətrafında birləşdirən iri qurumlar fəal işlə məşğul olur. Belə qurumlardan böyüyü və geniş imkanlara malik olanı Ümumrusiya azərbaycanlıları Konqresidir. UAK 2001-ci il martın 5-də Moskva şəhərində təsis olunub. Azərbaycan və Rusiya rəsmi dövlət strukturları tərəfindən tanınan konqresin Rusiyanın 60-dan çox şəhərində strukturu formalaşıb. Rusiyanın demək olar ki, bütün iri şəhərlərində fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri konqresin üzvləridir. 2001-ci il 4 oktyabrın da UAK-ın birinci qurultayı keçirildi. UAK-ın məqsəd və vəzifələrinə daxildir:
2009-cu il aprelin 18-də Moskvada Rusiyanın azərbaycanlı Gənclər Təşkilatının (RAGT) təsis konfransı keçirilmişdir. Konfransda Rusiyanın 60-dan çox regionunda fəaliyyət göstərən 83 Azərbaycan gənclər klubu və təşəbbüs qrupundan 300-dək nümayəndə, habelə Bakıdan dəvət olunmuş qonaqlar və Rusiyanın rəsmi şəxsləri iştirak etmişlər. Toplantıda gənclərimizin qarşısında duran vəzifələr, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması zərurəti, gənclərin diaspor quruculuğu işində daha fəal iştirakının vacibliyi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Ancaq, bütün bu uğurların əldə olunmasında Moskvadakı səfirliyimizin və xüsusilə Polad Bülbüloğlunun passivliyi ucbatından proseslərin inkişafının ardınca deyil, baş verənolayların ardınca sürünürük. Halbuki, səfir dövləti və prezidenti təmil edir. Onun atdığı hər addım dövətin və prezidentin iradəsi kimi dəyərləndirilir. “Rusiya sizə çörək verir” deməklə Polad Bülbüloğlu onu açıq şəkildə ifadə etdi ki, qürbətdə ömrü boyu vətən sevgisi və həsrəti ilə yaşayan soydaşlarımız bağlı olduqları Azərbaycanla heç zaman ilgilənməsinlər. Axı diaspora təşkilatlarımız və soydaşlarımız milli iradəni önə çəkərək səfirliyimizin qarşısında toplanmışdılar. Bu nə küstah, nə həqarət? Səfir Polad Bülbüloğlu bunun fərqindədirmi? Bir sıra xarici ölkələrdəki səfirlərimizin belə bir yaramaz əməllərinə görə prezident İlham Əliyev nəinki onları tutduqları vəzifədən uzaqlaşdırır, hətta əməllərində cinayət tərkibi olanları belə, həbs edərək cəmiyyətdə onları biabır edir. Rusiyada yaşayan soydaşlarımızın hər biri illərdir dişi və dırnağı ilə sadəcə özləri üçün deyil, həm də yaşadıqları bu gözəl ölkənin inkişaf üçün böyük əmək sərf edirlər. Kimsənin çörəyini yemədən və minnətli olmadan.

Birlik olmanın və milli dəyərlərlə bütünləşmənin hədəfləri

Rusiyada Azərbaycan Diaspora təşkilatının ləğv edilməsi Rusiya və Azərbaycan arasındakı gərginlikdə “aysberqin yalnız görünən hissəsidir”, bu barədə nüfuzlu ekspertlər gözlənilən bəzi problemləri açıqlayıblar. Rusiyanın Ali Məhkəməsi Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiası təmin edərək müvafiq qərar cıxarıb. Tanınmış ekspert və Qafqaz üzrə bir sıra maraqları fikirlərin müəllifi Dennis Sammut hesab edir ki, ÜAK-la bağlı qərar iki ölkə arasında “ciddi problemlərin olduğunu ortaya qoyur” və əlaqələrdəki daxili gərginliyin yalnız “üzdə olan hissəsini” göstərir.

Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan əlaqələrində belə bir addım kifayət qədər yenidir və gözlənilməz olub. Moskvanı açıq tənqid etməkdən yayınan, strateji tərəfdaşlıq barədə danışan rəsmi Bakı hazırda Rusiyanı “qeyri-dost” addımda ittiham edir.

Dennis Sammut hesab edir ki, bunun iki izahı ola bilər:

Birincisi: Azərbaycan Sankt-Peterburq görüşündən sonra Qarabağ probleminin həllilə bağlı gözlədiyi inkişaf olmadığına görə Moskvadan narazıdır.

İkincisi: Azərbaycanın Silahlı Qüvvələrində son günlər baş verən proseslərə görə narahatlıq mövcuddur.

“Ötən gün Milli Məclisdəki müzakirələr vaxtı casusluqda ittiham edilən onlarla azərbaycanlı zabitin məsələsi səsləndirildi. Bundan bir-iki gün əvvəl hamı düşünürdü ki, onlar Ermənistan xeyrinə casusluqda təqsirləndirilirlər. Lakin indi belə görünür ki, onları Rusiyaya casusluqda ittiham edirlər”, – Münaqişə və dovlət quruluculuğu üzrə LİNKS təhlil mərkəzinin direktoru doktor Dennis Sammut bildirib.

Britaniyalı icmalçının sözlərinə görə, bu, Azərbaycanın siyasi sistemində narahatlıq yaradır. Milli Məclisin iclasında Azərbaycan Silahlı Qüvvələri daxilində ifşa olunmuş təxribatçı qrupun fəaliyyətində Rusiyanın rolunun araşdırılması barədə məsələ qaldırılıb. “İctimai Təşkilatlar haqqında” qanunu əsas götürən Rusiya Ədliyyə Nazirliyinin iddiasında ÜAK nizamnaməni pozmaqda ittiham olunur. Ədliyyə Nazirliyinə əsasən diaspor təşkilatı pozuntuları verilmiş möhlət ərzində aradan qaldıra bilməyib. ÜAK ittihamları rədd edir və apellyasiya şikayəti verəcəyini bildirib – hüquqi müstəvidə çəkişmələr hələ də davam etməkdədir. Bu arada 2 milyonadək üzvü olduğunu deyən təşkilatın ləğvilə bağlı müxtəlif versiyalar səsləndirilir.

Politoloq hesab edir ki, “böyük hadisənin kiçik bir izahı” da ola bilər və çox güman ki, məsələ həm də bürokratik oyunların nəticəsidir. Belə ki, diaspor qurumları “ikili açar” sistemində idarə olunmalıdırlar. Yəni Rusiya diaspor qurumlarının Azərbaycanda və Azərbaycan diaspor qurumlarının Rusiyada idarəsi bənzər, simmetrik qaydalara əsaslanmalıdır. Onun sözlərinə görə prezidentlər arasında münasibətlərin yaxşı olmasına rəğmən idarə edən orqanlar arasında əməkdaşlıq daha zəifdir.
Fikrimizcə Rusiyadakı Azərbaycan diaspora təşkilatlarının fəaliyyəti məsələsində yeni dövr başlayır. Bizlər bu proseslərin fəlsəfi, sosial, ictimai və hüquqi baxımdan bütün yönlərini diqqətlə araşdıraraq, bird aha əvvəlki problemlərin bird aha təkrar olmasına qətiyyən imkan verməməliyik.

“Hürriyyət”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
618 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...