ADP qurultay keçirdi - Sərdar Cəlaloğlu yenidən sədr oldu

ADP qurultay keçirdi -


Sentyabrın 1-də Azərbaycan Demokrat Partiyasının (ADP) növbəti X Qurultayı keçirilib.

Partiyadan Modern.az-a bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın ölkə vətəndaşlarının sağlamlıq təhlükəsizliyini qorumaq məqsədilə elan etdiyi sosial izolyasiya tədbirlərinin şərtlərinə uyğun olaraq ölkədə kütləvi toplantıların qadağan olunduğunu nəzərə alan ADP qurultayı onlayn qaydada keçirib.

Qurultayda Təşkilat Komitəsi adından Sərdar Cəlaloğlu hesabat xarakterli, eyni zamanda siyasi məruzə ilə çıxış edib. Qurultayda digər seçkili orqanların da hesabat məruzələri dinlənilib. Qurultay nümayəndələri hər üç məruzəni qənaətbəxş hesab edib. Seçkili orqanlara keçirilən seçkilər zamanı partiya sədri, Ali Məclis üzvlərinin 1/3-i və Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) üzvləri seçilib.

Təşkilat Komitəsinin partiya sədrliyinə namizədi Sərdar Cəlaloğlu olub. Qurultay zamanı Ali Məclis üzvü Rəşid Mənsurov da ADP sədrliyinə öz namizədliyini irəlü sürüb. Səsvermə zamanı Sərdar Cəlaloğlu yekdilliklə ADP-nin yenidən sədri seçilib.

Yekunda Qurultay adından bir sıra sənədlər, o cümlədən bəyanatlar qəbul edilib. (Sənədlər əlavə olunub) Qurultay öz işini həmin gün də başa çatdırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
595 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...