Qurban Məmmədovun binası niyə sökülmür? - AÇIQLAMA

Qurban Məmmədovun binası niyə sökülmür? -

Qurban Məmmədova məxsus binanın sökülməsi ilə bağlı məhkəmə qərarı yoxdur.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Bakı şəhər Nərimanov Rayon Məhkəməsindən bir müddətdir xaricə sığınan Qurban Məmmədova məxsus mülkün söküntüsünün dayandırılması səbəbi barədə bildirilib.

Vurğulanıb ki, məhkəmə icraatında da hazırda belə bir məsələ yoxdur:

“Yəni, Nəriman Rayon Məhkəməsində belə bir qətnamə qəbul edilməyib”.

Qeyd edək ki, sentyabrın 5-də Nərimanov rayonu Murtuza Muxtarov 4-6 ünvanında yerləşən siyasətçi Qurban Məmmədova məxsus mülkün söküntüsünə başlanılıb. Bir gün sonra isə söküntü dayandırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
594 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...