Vuçiç Trampı təkzib etdi: Səfirlik Qüdsə köçmür

Vuçiç Trampı təkzib etdi:

Serbiya səfirliyinin Qüdsə daşınması hələ gündəmdə deyil.

Axar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç “Avronyus”a açıqlamasında deyib.

“Serbiya Avropa Birliyi bəyannamələrinə və qərarlarına uyğun şəkildə hərəkət etmək üçün əlindən gələn hər şeyi edir. Təbii ki, öz maraqlarımızı da üstün tuturuq”, - prezident bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Serbiyanın Təl-Əvivdəki səfirliyini Qüdsə daşınacağını açıqlamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
595 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...