Bu gün Tofiq Yaqublunun məhkəməsi olacaq

Bu gün Tofiq Yaqublunun məhkəməsi olacaq

Həbsdə olan və məhkəmənin hökmünə etiraz olaraq iki həftədən çoxdur aclıq aksiyası keçirən Tofiq
Yaqublunun azadlığa buraxılması üçün məhkəməyə müraciət olunub.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb. O bildirib ki, Tofiq Yaqublunun səhhətində olan kritik vəziyyəti nəzərə alaraq, onun hökm qüvvəyə minənə qədər azadlığa buraxılmasına dair vəsatət verib.

***

Tofiq Yaqublu barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə bu gün saat 16:00-da hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
486 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...