“Ermənilərin müharibəyə hazırlaşdığı bir zamanda...”

“Ermənilərin müharibəyə hazırlaşdığı bir zamanda...”

“Açığı, mən indiki ağır şəraitdə AMEA-nın barəmdə yaydığı bəyanata geniş cavab vermək istəmirəm. Sərhədlərimizdə vəziyyətin getdikcə gərginləşdiyi, ermənilərin müharibəyə hazırlaşdığı bir zamanda bizim daxili didişmələrə getməyimiz doğru olmaz. Bununla belə, haqqımda irəli sürülən ittihamlara səssiz qalmaq da mümkün deyil”.

Gundeminfo.az xəbər verir ki, Milli Məclisin sədr müavini Adil Əliyev Ovqat.com-a açıqlamasında belə deyib.

AMEA-nın YAP ərazi təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ulduzə Qurbanova vitse-spikerin Ramiz Mehdiyev barədə sonuncu açıqlamasına sərt cavab vermiş, onu elmdən uzaqlıqda, populizmdə və alimlərin qayğısına qalmamaqda günahlandırmışdı. Akademiyanın rəsmi bəyanatına bənzəyən bu açıqlamaya cavabında Adil Əliyev bildirib:

"Əvvəla, mənim elmdən uzaq biri kimi təqdim olunmağım gülməlidir. Mən də o açıqlamanın müəllifi kimi, fəlsəfə doktoruyam və hüquq elmi sahəsində "kütləvi ixtişaş əməllərilə mübarizənin cinayət hüququ və kriminoloji problemləri” mövzusunda müdafiə etmişəm. İkincisi, mənim AMEA-da süngüylə qarşılanan açıqlamam həqiqi alimlərə yox, konkret fərdə qarşı yönəlib. Həmin konkret fərd də kimlərinsə arxasında gizlənmədən ortaya çıxsın və mənə cavab versin”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
487 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...