Lukaşenkonun andiçmə mərasimi keçirilib

Lukaşenkonun andiçmə mərasimi keçirilib
Aleksandr Lukaşenkonun andiçmə mərasimi keçirilib.

APA-nın BelTa-ya istinadən verdiyi xəbərə görə, andiçmə mərasimi “Müstəqillik sarayı”nda baş tutub.

Andiçmə mərasimi qapalı keçirilib.

Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. Onun əsas rəqibi Svetlana Tixanovskayanın 10% səs topladığı açıqlanıb.

Seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində seçkinin nəticələri ilə bağlı etirazlar başlayıb. S. Tixanovskya isə təhlükəsizliyi ilə əlaqədar ölkəni tərk edərək Litvada sığınacaq alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
444 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...