Şəntop: Ermənistan Azərbaycan torpaqlarından çıxmalıdır

Şəntop: Ermənistan Azərbaycan torpaqlarından çıxmalıdır
Regionda sülhün və sabitliyin təmin olunması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı qətnamələri uzun illərdir yerinə yetirilmir. Minsk qrupu münaqişənin tənzimlənəsi üçün heç bir iradə göstərməyib.

Axar.az xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop oktyabrın 20-də Milli Məclisin iclasındakı çıxışında deyib.

TBMM-in sədri bildirib ki, Ermənistan Azərbaycana qarşı yeni təxribatlara əl atdı, lakin gözləmədiyi bir vəziyyətlə üzləşdi. Qəhrəman Azərbaycan Ordusu torpaqların işğaldan azad edilməsi əməliyyatına başladı. Bəzi dövlətlər Azərbaycanı bu haqq işində günahlandırsalar da, Azərbaycan beynəlxalq hüquqa əsasən öz torpaqlarını işğaldan azad edir. Heç kim Azərbaycanı bu haqq işindən çəkindirə bilməz. Türkiyə sona qədər Azərbaycanın yanındadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
519 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...