"Azərbaycan öz haqlı mübarizəsinə kölgə salmadı" - Ərdoğan

"Azərbaycan öz haqlı mübarizəsinə kölgə salmadı" -
“Vətən müharibəsi dövründə Azərbaycan xalqı həmrəylik göstərərək heç bir fədakarlıqdan qaçmadı".

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşməmişdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib.

“Ermənilərin dinc sakinləri hədəfə aldığı hücumlara baxmayaraq, Azərbaycan öz haqlı mübarizəsinə kölgə salmayıb. Müharibə şəraitində belə türk və müsəlman olmanın əsalətini unutmayan azərbaycanlı qardaşlarımızı öz adımdan və millətimin adından təbrik edirəm. Canları bahasına Qarabağı işğaldan azad edən əziz şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Həmd olsun, bu gün ulduz və hilal Qarabağ səmasında qürurla dalğalanır”, - o qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
410 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...