“Bizim nə vətənimiz var idi, nə də dövlətimiz” - Erməni partiya sədri

“Bizim nə vətənimiz var idi, nə də dövlətimiz” -


“Birləşmiş Ermənistan” partiyasının rəhbəri Artur Qazinyan “Oğru evdən olmasaydı” adlı məqalə yazıb.
Azvision.az xəbər verir ki, erməni KİV-lərində dərc olunan məqalədə əsasən səbatsız hakimiyyətin əməlləri ucbatından bugünkü Ermənistanın yaşadığı çətin durumdan söz açılır.


Yazıda bir sıra diqqət çəkən məqamlar da önə çıxır. Məsələn, Qazinyan fikirlərinə bu cümlə ilə başlayır: “20-ci əsrin əvvəllərində Osmanlı imperiyasının əhalisindən biri idik. Bizim nə vətənimiz var idi, nə dövlətimiz, nə də dövlətçiliyimiz”.

Ondan fərqli olaraq erməni dövlət xadimləri, siyasi ideoloqlarından tutmuş, tarixçi və sadə vətəndaşlara qədər hər kəs, guya erməni dövlətçiliyinin minillik “tarix”ə malik olduğunu deyir, yazır və dünyaya car çəkirlər. Qazinyan isə fərqli düşünür və hətta növbəti cümləsində fikirlərini belə tamamlayır ki, “sonradan bizi parçaladılar, bizdən miqrant düzəltdilər, dünyanın hər yerinə səpələndik”.

Partiya sədri dolayısı ilə etiraf edir ki, saxta tarixlə yaşayan erməni milləti həmin dövrdə kütləvi şəkildə tarixi Azərbaycan torpaqlarına gəliblər.

“Sonra bir vətənimiz, kiçik torpağımız oldu. Müharibələrdən sonra rahat nəfəs aldıq və qızıl bir dövrdə yaşadıq. Qurduq, yaratdıq, təhsil aldıq və 80-ci illərin sonlarında isə vətəni azad dövlət etmək arzusu olan bir millət olduq”, -deyə o bildirib.

Qazinyan, həmçinin birinci Qarabağ müharibəsi haqqında danışaraq həmin döyüşdə qalib gəldiklərini söyləyib. O, ardınca İkinci Qarabağ savaşından bəhs edib: “Düşmən məğlubiyyətini qəbul etmədi, yaralarını sağaldaraq bizi qovdu. O bizi bölmək, bir-birimizə düşmən etmək üçün fürsət axtarırdı. Və o fürsət tapıldı...”

“Bir-birimizə nifrət etməyə, ailədə və dostlarımızda düşmən axtarmağa məcbur olduq. Düşmən bizə ağrılı və vacib məqamda zərbə endirdi. Hansı ki, biz bir millət olmağı dayandırmışdıq, bütün gələcəyimizi itirmişdik, azmışdıq, yaddaşsız kütləyə çevrilmişdik. Bir-birimizi qovmağa, söyüb təhqir etməyə, qarğımağa hazır idik. Bizim əlimizdən qələbəmizi, bayramımızı, qürurumuzu, tariximizi aldılar” - deyə Qazinyan məqaləsində vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
449 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...