Qırğızıstan hökuməti istefaya getdi

Qırğızıstan hökuməti istefaya getdi

Qırğızıstanda Sadır Japarovun rəhbərlik etdiyi hökumət erkən prezident seçkilərindəki qələbəsindən sonra istefa verib.

Bu barədə “RİA Novosti” ölkə başçısının mətbuat katibliyinə istinadən xəbər yayır.

“Qırğızıstan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən parlament sədri (Toraqa) Talant Mamıtov Qırğızıstan Respublikası Baş Naziri və Qırğız Respublikası Hökumətinin səlahiyyətlərinə xitam verilməsi haqqında fərman imzaladı”, - deyə bildirilir.

Japarov 10 yanvar prezident seçkilərinin rəsmi nəticələri dərc edildikdən sonra Nazirlər Kabineti rəhbərliyindən istefa ərizəsini təqdim edib. Nəticələrə görə, o ilk turda 79,2% səslə qalib gəlib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
603 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...