ATƏT sədrindən Qarabağa dair maraqlı açıqlama - “Siz də Krımla Donbası unutmayın...”

ATƏT sədrindən Qarabağa dair maraqlı açıqlama -
İsveçin Xarici İşlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Ukraynaya səfər edib.

“AzPolitika.info” xəbər verir ki, səfər zamanı Ukraynanın “Yevropeyskaya Pravda” nəşrinə müsahibə verən ATƏT sədri jurnalistin Qarabağ münaqişəsilə Donbas və Krım məsələlərinin bənzərliyinə dair sualına maraqlı cavab verib. Xanım Linde ukraynalılara məsləhət görüb ki, azərbaycanlılar Qarabağı unutmadıqları kimi, onlar da Donbası və Krımı unutmasınlar.

Jurnalist ATƏT sədrindən soruşub: “Dağlıq Qarabağ məsələsinə baxın. O, “dondurulmuşdu”. Lakin Azərbaycan heç zaman bu regionun qaytarılması ideyasından əl çəkmədi və sonda onu qaytardı. Bu, Ukrayna üçün nümunə ola bilərmi?”

Suala cavab olaraq A.Linde deyib: “Bəli. O mənada ki, sizin üçün də heç zaman Krımı və Donbası unutmağa dəyməz.”

Bununla yanaşı, ATƏT sədri qeyd edib ki, münaqişələrin hərbi yolla deyil, danışıqlar, sülh yoluyla həllinə tərəfdardır. Linde bildirib ki, dayanıqlı sülh üçün danışıqlar labüddür və Azərbaycanla Ermənistan arasında hələ sülh müqaviləsi bağlanmayıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
61 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...