“Müharibəyə hazır deyildik, Tonoyan xalqı aldadırdı” - Xaçatryan

“Müharibəyə hazır deyildik, Tonoyan xalqı aldadırdı” -
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan bu gün yayılan müsahibəsində dolayısı ilə ölkəsinin müharibəyə hazır olmadığını etiraf edib.

Azvision.az xəbər verir ki, Qarabağ müharibəsində məğlub olan Tonoyanın fikirləri erməni cəmiyyətində hiddətə səbəb olub. Sabiq prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar partiyasının nümayəndəsi Ovanes Xaçatryan müsahibə ilə bağlı deyib ki, Tonoyan xalqı aldatmaqla məşğul olub:

“Əgər Ermənistan müharibəyə hazır deyildisə, niyə insanları əmin edirdiniz ki, yeni müharibə başlayacağı təqdirdə bizim yeni ərazilərimiz olacaq? Ötən il martın 30-da Nyu-Yorkda erməni icmasının nümayəndələri il görüş zamanı səs tonunuzu dəyişərək “Yeni müharibə, yeni ərazilər” dediniz. 2020-ci ilin yayında baş qərargahla müdafiə nazirliyinin birgə rəyi ilə elan edilmişdi ki, Azərbaycan hücum edəcək, müharibə gözlənilir. Oktyabrda isə müharibənin dördüncü günü baş qərargah rəisi döyüş əməliyyatlarına son qoyulması barədə rəy bildirdi. Əgər Ermənistan “5-ci nəsil” müharibəyə hazır deyildisə, o zaman niyə insanların hisləri ilə oynayırdınız? Niyə insanlarımızı əmin edirdiniz ki, bizim yeni torpaqlarımız olacaq? Hər iki halda cənab Tonoyan, təqsirkar olaraq xalqı aldatdınız. Düşüncələriniz yalnız Azərbaycan üçün məqbul idi”.

Xatırladaq ki, Tonoyan "Mediamax"a verdiyi müsahibədə müharibənin 4-cü günü baş qərargah rəisinin hərbi əməliyyatları dayandırmağın zəruriliyi ilə bağlı siqnalı onunla razılaşdırdığını bildirib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
69 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...