“Azərbaycan Naxçıvan dəhlizi ilə bağlı iş aparır” - Türkiyəli nazir

 “Azərbaycan Naxçıvan dəhlizi ilə bağlı iş aparır” -


“Azərbaycan tərəfi Naxçıvan dəhlizi ilə bağlı iş aparır”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyǝnin nǝqliyyat vǝ infrastruktur naziri Adil Karaismailoğlu deyib.

O, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşası və “Marmaray” layihəsinin buraya inteqrasiya edilməsi ilə Pekindən Londona qədər fasiləsiz “Dəmir İpək Yolu”nun meydana çıxdığını vurğulayıb.

Nazirin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə əlaqədar Gürcüstan-Azərbaycan-Rusiya-Qazaxıstan-Xəzər dənizi istiqamətində aktiv bir hərəkətlilik başlayıb.

A. Karaismailoğlu İranla Türkiyə arasında dəmir yolunda əhəmiyyətli irəliləyişin olduğunu da qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
462 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...