Spikerin köməkçilərinin sayı azaldı

Spikerin köməkçilərinin sayı azaldı

Milli Məclis sədri Sahibə Qafarovanın köməkçilərinin sayı 4-dən 3-ə endirilib. Bu barədə Oxu.Az Milli Məclisin saytına istinadən xəbər verir.

Spiker Sahibə Qafarovanın əmri ilə Milli Məclis sədrinin köməkçisi Fərid Hacıyev vəzifəsindən azad edilib.

Qeyd edək ki, F.Hacıyev 2020-ci ilin iyul ayının əvvəllərində S.Qafarovaya köməkçi təyin olunmuşdu. O, bu yaxınlarda parlamentin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri təyin edilib.

F.Hacıyev bu vəzifədə İlqar Fərzəliyevi əvəzləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
575 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...