Deputatın partiyasına dövlət büdcəsindən maliyyə ayrılmadı – SƏBƏB

Deputatın partiyasına dövlət büdcəsindən maliyyə ayrılmadı –
Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev Milli Məclisdə təmsil olunsa da, dövlət büdcəsindən vəsait almayıb.

Pravda.az-ın xəbərinə görə, buna səbəb S.Hacıyevin seçkilərə partiya siyahısı ilə deyil, öz təşəbbüsü ilə qatılmasıdır.

2021-ci ilin birinci rübü üzrə 10 siyasi partiyaya - Yeni Azərbaycan Partiyasına, Vətəndaş Həmrəyliyi Partiyasına, Ana Vətən Partiyasına, Demokratik İslahatlar Partiyasına, Azərbaycan Demokratik Maarifçilik Partiyasına, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına, Böyük Quruluş Partiyasına, Vəhdət Partiyasına, Respublikaçı Alternativ Partiyasına və Milli Cəbhə Partiyasına ümumilikdə 857,5 min manat məbləğində vəsait ödənilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
649 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...