YAP-da Qadınlar Şurası ləğv edildi, əvəzinə şöbə yaradıldı

YAP-da Qadınlar Şurası ləğv edildi,
Yeni Azərbaycan Partiyasında (YAP) yeni şöbə yaradılıb. "Report"un əldə etdiyi məlumata görə, partiyanın Qadınlar Şurasının əvəzinə Mərkəzi Aparatda Gender siyasəti şöbəsi yaradılıb.

Yeni şöbə Qadınlar Şurasının fəaliyyətini həyata keçirəcək. Qeyd edək ki, YAP-ın Qadınlar Şurası sonuncu qurultayda ləğv edilib. Partiyanın Qadınlar Şurasının sədri Nurlana Əliyeva idi. O, Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsində çalışır.

YAP-ın VII qurultayı martın 5-də keçirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
794 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...