“Bakı 7 rayonun dərhal qaytarılmasını tələb etdi” - Paşinyan

“Bakı 7 rayonun dərhal qaytarılmasını tələb etdi” -

Ermənistanın baş naziri Paşinyan parlamentin bu günkü iclasında Qarabağ müharibəsi zamanı baş verənlərin detallarına–Təhlükəsizlik Şurasının iclasına, Putinlə telefon danışıqlarına aydınlıq gətirib.

Onun sözlərinə görə, oktyabrın ikinci yarısından sonra situasiyanın analizindən, Ermənistanın Baş qərargahı ilə məsləhətləşmələrədən sonra qərara gəlib ki, ağır güzəştələr bahasında olsa da sülh danışıqlarına getmək lazımdır.

“Bunun üçün mən Təhlükəsizlik Şurasının iclasını çağırdım. Burada parlament müxalifəti, katolokos və prezident də iştirak edirdi”.

İclasdan sonra Paşinyan Putinə zəng vurub və bildirib ki, Ermənistan 7 rayonu “5+2” formulu çərçivəsində Azərbaycana qaytarmağa razıdır: “Biz Putinlə situasiyanı müzakirə etdik və tam anlaşma əldə etdik. Orada azərbaycanlı qaçqınlar məsələsi var idi. Mən dedim ki, əgər bu məsələ hansısa formada Dağlıq Qarabağın statusu ilə əlaqəli olarsa bizim bu məsələ ilə bağlı prinsipial etirazımız yoxdur”.

Bundan sonra Putin prezident İlham Əliyevlə danışıb və nəticədə məlum oldu ki, Bakı erməni tərəfinin Hadrut rayonun geri qaytarılması təklifii qəti şəkildə rədd edir. Azərbaycan həmçinin bildirib ki, köçkünlərin qayıdışı, o cümlədən Şuşaya qayıdışı heç bir halda Qarabağın statusu ilə əlaqəli ola bilməz.

Bundan savayı, Bakı 7 rayonun “5+2” formulu üzrə deyil, eyni vaxtda qaytarılmasını tələb edib. Paşinyan indiyə qədər açıqlanmayan daha bir detal barədə danışıb. Azərbaycan gündəliyə Dağlıq Qarabağın statusunun salınmasını qəti şəkildə rədd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
671 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...