Lukaşenko İlham Əliyevə təşəkkür etdi

Lukaşenko İlham Əliyevə təşəkkür etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə karbohidrogen tədarükü sahəsində əməkdaşlığın dərinləşdirilməsini təklif edib.

Bu barədə BELTA məlumat yayıb.

Görüşdə Belarusun dövlət başçısı Azərbaycan Prezidentinə ölkəsinin karbohidrogen xammalı tədarükünə dəstək verdiyi üçün xüsusi təşəkkürünü bildirib.

A.Lukaşenko qeyd edib ki, hər iki ölkə birlikdə bu sahədə əlaqələrinin dərinləşdirilməsi məsələsi üzərində düşünməlidir.

“Əlbəttə, Belarusun iqtisadi və siyasi hadisələrin mərkəzində yerləşməsi səbəbindən məsələ həssasdır. Ancaq buna baxmayaraq, həlli mümkün olunmayan heç bir problem yoxdur”, deyə Aleksandr Lukaşenko qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
694 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...