Milli Məclisin bitərəf deputatları MSK üzvlüyünə namizədləri müəyyənləşdirir

Milli Məclisin bitərəf deputatları MSK üzvlüyünə namizədləri müəyyənləşdirir
Bu gün Milli Məclisin bitərəf deputatlarının iclası keçiriləcək.

“Report”un əldə etdiyi məlumata görə, iclasda üzvü heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclisin deputatları Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil olunacaq 6 namizədini müəyyənləşdirəcək.

Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən, Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
991 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...