Paşinyan: “Müharibəni uduzduq və buna görə məsuliyyət daşıyırıq”

Paşinyan: “Müharibəni uduzduq və buna görə məsuliyyət daşıyırıq”

“Mən fəxr edirəm. Bəli, biz uduzduq və buna görə məsuliyyət daşıyırıq. Amma bununla yanaşı, biz sizin gözlərinizə dik baxmaq hüququnu qoruyub saxladıq”

Erməni KİV-də yayılan məlumata əsasən, bunu Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Lori vilayətinin Spitak şəhərinin sakinlərilə görüşü zamanı bəyan edib.

“Əgər biz satqınıqsa, bizim nə danışdığımızı dinləməyə gələn bütün insanların burada nə işi var?”, - deyə Paşinyan jurnalistlərə sual ünvanlayıb.

O, baxışlarını insanlardan gizlətmək üçün heç bir səbəblərinin olmadığını bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
620 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...