Avropa Məhkəməsindən Azərbaycan qərarları

Avropa Məhkəməsindən Azərbaycan qərarları
Avropa İnsan Hüquqları Məhkəməsi iyunun 24-də Azərbaycandan şikayətlər üzrə qərarlar elan edib.

Novator.az hüquqçu Xalid Ağalıyevə istinadla bildirir ki, Elşən Əliyevin şikayətində Avropa İnsan Hüquqları Konvensiyası ilə tanınan hərəkət azadlığı və səmərəli hüquq müdafiə vasitələri hüququnun pozuntusuna yol verildiyi iddia olunub. Bu işdə tərəflər anlaşıblar, Azərbaycan dövləti ərizəçiyə 5000 avro təzminat və hüquqi xərc və məsrəflərə görə 1000 avro ödəmək öhdəliyi götürüb.

Zülfüqar İbrahimov yerli məhkəmələrin onun həbsi ilə bağlı yetərli və uyğun əsaslar təqdim etməməsindən, girov qarşılığında sərbəst buraxılması istəyinin rədd olunmasından şikayət verib, azadlıq və toxunulmazlıq hüququnun pozulduğunu bildirib.

Bu işdə ərizəçi dövlətin təklif etdiyi 3500 avro təzminatın qarşılığında iddiadan imtina edib.

Abbasov və başqaları ədalətli məhkəmə araşdırması hüququnun pozuntusuna məruz qaldıqlarını iddia ediblər.

Bu iş üzrə Azərbaycan dövləti ilə anlaşma əldə olunub, iki nəfərin hər birinə 3850 avro, bir nəfərə 1800 avro, bir nəfərə 1200 avro təzminat ödənməlidir.

Hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1518 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...