Gürcüstan MSK-nın sədri istefa verdi

Gürcüstan MSK-nın sədri istefa verdi

Gürcütstanın Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvaniya vəzifəsini tərk edib.

Gundeminfo.az xəbər verir ki, o, bu barədə bəyanat yayıb.

T.Jvaniya səlahiyyət müddətinin iyulun 1-dən uzadılmamasına qərar verib.

Onun sözlərinə görə, bu, siyasi partiyalara yeni sədri yenilənmiş Seçki Məcəlləsinə uyğun olaraq seçməyə imkan verəcək.

Qeyd edək ki, T.Jvaniya MSK-ya 2013-cü ildən sədrlik edib. Ötənilki parlament seçkilərindən sonra onun istefa verməsi müxalifətin əsas tələblərindən biri olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
693 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...