"Bəzi müxalifət liderlərinin övladları hərbi xidmətdə olmayıb" - Tahir Kərimli

 "Bəzi müxalifət liderlərinin övladları hərbi xidmətdə olmayıb" -
“Daxili siyasətdə müəyyən qədər razılaşmadığım məqamlar var. Ancaq Azərbaycanın xarici siyasətini doğru hesab edirəm”.

“Report”un xəbərinə görə, bu fikirləri Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında keçirilən “Vətən Müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” adlı dəyirmi masada çıxışı zamanı deyib.

"Bəzi müxalifət liderləri tələb edirlər ki, dayanmayaq, gedək Xankəndini alaq. Ancaq onların bəzilərinin övladları hərbi xidmətdə olmayıb. Bəzilərinin övladları xaricdə yaşayır”, - o bildirib.

Deputat vurğulayıb ki, kəndlərdə pay torpaqları verilib: “Ancaq insanlarım texnikaları yoxdur ki, həmin torpaqlarda əkin aparsınlar. Şəhərlər də işsizliyə görə dolur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
558 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...