İlqar Məmmədov partiyaların qeydə alınmasından danışdı

İlqar Məmmədov partiyaların qeydə alınmasından danışdı
“Azərbaycanda da son zamanlar partiyaların fəal şəkildə qeydə alınması sırf majoritardan qarışıq majoritar-proporsionala keçid gözləntisi yaradır”.

Gundeminfo.az xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, proporsional sistem spektri bölür: “"Elə isə",- hökümət düşünür, - "daha çox partiya qeydə alınmalıdır ki, proporsional qaydada səslər daha da parçalansın, majoritarda isə müxalifətin bir araya gəlməsi daha da çətinləşsin".

Nəticə etibarilə, hakim partiya hətta çox daha demokratik seçkidə qazana biləcəyi yerlərinin mümkün maksimum sayını özü üçün sığortalayır. Məsələn, 2016-cı ildə Putinin partiyası səslərin cəmi 54 faizini qazansa da, parlament yerlərinin 76 faizinə sahib oldu.

Hər şey çox sadədir. Bircə proporsional sistemin tətbiqi haqda qərarın Azərbaycan hakimiyyəti daxilində yetişməsi və elan edilməsi qalır”.

Qeyd edək ki, dünən sabiq səhiyyə naziri Əli İnsanovun sədri olduğu Haqq Ədalət Partiyası (HƏP) və Anar Əsədlinin rəhbəri olduğu Azərbaycan Yüksəliş Partiyası dövlət qeydiyyatına alınıb.(Pravda.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
452 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...