"Yaxın iki il ərzində neftin qiymətlərində artım olmayacaq"

"Yaxın iki il ərzində neftin qiymətlərində artım olmayacaq"


Ölkə.az xəbər verir ki, bu haqda ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə keçmiş köməkçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

Onun sözlərinə görə, neftin qiymətləri iki il ərzində heç vaxt bahalaşmayacaq.

"Yaxın gələcəkdə İran dünya bazarına Azərbaycandan iki dəfə artıq neft çıxaracaq. İran nefti dünya bazarına çıxan kimi qiymətlərin artımının qarşısı yenə alınacaq. Bu gün dünyada bir gün ərzində ehtiyacdan 1 milyon barel artıq neft çıxarılır. Belə şəraitdə neftin yaxın iki il ərzində qalxması ehtimalı yoxdur", deyə Metyu Brayza bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1012 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...