Putin İlham Əliyevi təbrik etdi

Putin İlham Əliyevi təbrik etdi


Rusiya prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.
APA-nın məlumatına görə, V. Putinin məktubunda deyilir:


“Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Azərbaycan Sizin rəhbərliyiniz ilə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, regional və beynəlxalq gündəlikdəki mühüm məsələlərin həllində fəal rol oynayır. Siz bizim ölkənin əsl dostu kimi, müxtəlif sahələrdə qarşılıqlı faydalı Rusiya-Azərbaycan əməkdaşlığının möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz. Ümidvaram ki, Sizinlə yoldaşcasına ünsiyyətimiz və ölkələrimizin qardaş xalqlarının rifahı naminə sıx birgə işimiz davam edəcək. Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, uğurlar diləyir, ən xoş arzularımı bildirirəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
957 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...