Sabah da isti olacaq

Sabah da isti olacaq

Mayın 17-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 12-16, gündüz 19-24 dərəcə isti olacaq.

Mayın 17-də bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 10-15, gündüz 22-27, dağlıq və dağətəyi rayonlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1225 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...