Deputatlar Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Deputatlar Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Milli Məclisin bir qrup deputatı Qazaxıstan parlamentinə keçiriləcək seçkiləri müşahidə etmək üçün martın 16-da bu ölkənin paytaxtı Astana şəhərinə səfər edəcək.

Milli Məclisdən APA-ya verilən xəbərə görə, deputatlar Cavanşir Feyziyev və Hikmət Məmmədov Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) xətti ilə, İqbal Məmmədov və Rüfət Quliyev isə Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PA) xətti ilə martın 19-da keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcəklər.

Millət vəkilləri beynəlxalq müşahidəçilər qismində seçkilərə hazırlıqla tanış olacaqlar və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.

Səfər martın 21-də başa çatacaq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
312 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...