Valyutadəyişmə məntəqələrinin 6 min əməkdaşı işsiz qaldı

Valyutadəyişmə məntəqələrinin 6 min əməkdaşı işsiz qaldı


Azərbaycanda fəaliyyət göstərən valyutadəyişmə məntəqələri bağlandı. Bu məlumatı musavat.com-a valyutadəyişmə məntəqələrinin sahibləri veriblər. Bu gün onlara lisenziyalarının ləğv edildiyi bildirilib və fəaliyyətlərini dayandırmaları tələb olunub. Hazırda 28 May küçəsində yerləşən "exchange"lər işləmir. Bütün valyutadəyişmə məntəqələri bağlıdır. "Mərkəzi Bankdan xəbərdarlıq gəldi ki, sizin lisenziyalar ləğv edilib. Mənim valyutadəyişmə məntəqəm Azadlıqdadır. 6 min iş yeri bağlandı.

Səbəb olaraq da deyirlər ki, devalvasiyanı, süni bahalaşmanı "exchange"lər yaradırlar" - deyə Amil Mürvətov adlı şəxs bildirib.
Bir daha qeyd edirik ki, hazırda bütün "exchange"lər bağlıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
946 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...