Abşeron rayonunda 27 sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

Abşeron rayonunda 27 sentyabr -
Abşeron rayonunda 27 sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

Sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsinin hər günü bizim zəfər tariximizdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, Silahlı Qüvvələrimizin yüksək səviyyədə hazırlığı, xalqımızın Ali Baş Komandanın ətrafında sıx birləşməsi nəticəsində 30 il işğal altında olan torpaqlarımız azad edildi.

Azərbaycan hərbi gücü, qüdrəti, taktikası ilə dünyaya səs saldı. Vətənimizin igid, yenilməz övladları 44 gün ərzində sinəsini vətənə sipər edərək yalnız irəli getdilər. Şəhid olaraq adlarını Azərbaycanın tarixinə qızıl hərflərlə yazdılar. Azərbaycan xalqının qürur mənbəyinə çevrildilər.
Xalqımız qəhrəman, vətənpərvər övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunmasını təşkil edir.
Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Abşeron rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və qarşılaşdıqları digər məsələlərin operativ surətdə həll olunması daim Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirirlər.

27 sentyabr “Anım Günü” ərəfəsində rayon ərazisində bir sıra tədbirlər keçirilib. Abşeron Rayon ümumtəhsil məktəblərində dərslər “Anım Günü”nə həsr olunub. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xırdalan şəhərində Vətən Müharibəsi Qəhrəmanı Veysəl Usubovun adını daşıdığı 5 saylı tam orta məktəbdə şagirdlərlə görüşərək “Anım Günü” ilə bağlı söhbət edib, qəhrəman şəhidimiz V. Usubovun büstünün önünə gül dəstələri qoyulub. Tədbirdə Veysəl Usubovun ailə üzvləri və qazilər iştirak ediblər.


Sonra Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun idarə və müəssisə rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti Vətən Müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan abidənin qarşısına gül dəstələri qoyaraq Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
“Anım Günü” nə həsr olunmuş tədbir Xırdalan şəhəri Heydər Əliyev adına Parkda davam etdirilib. Tədbirdə RİH başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə xalqımız 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanaraq 30 illik vətən həsrətinə son qoymuşdur. Torpaqlarımızın azad edilməsi ilə bərabər şəhidlərimizin də qisasının alındığını vurğulayan A.Fərzəliyev qeyd etmişdir ki, Qarabağda olan xunta rejimi cəmi 24 saat ərzində keçirilən antiterror tədbirləri nəticəsində tərksilah edilmişdir.

RİH başçısı İşğaldan azad olunmuş torpaqlarda geniş vüsət almış bərpa və yenidənqurma işlərinin sürətlə aparıldığını, soydaşlarımızın öz yurdlarına döndüyünü və Qarabağda həyatın yenidən canlandığını vurğulamışdı.

Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron RİH yanında İçtimai Şuranın sədri Xatirə İsmayılova, Vətən müharibəsi iştirakçısı Vasif Allahverdiyev və başqaları çıxış edərək ordumuzun döyüş meydanında düşmənə necə diz çökdürdüyündən və igid vətən övladlarının hər an istənilən təxribatın qarşını almağa qadir olduğundan söz açıblar.
Sonra şəhid övladları hazırladıqları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim edərək vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş ataları haqqında danışıblar.

“Anım Günü” ərəfəsində Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsinin rəisi, hüquq-mühafizə idarələrinin rəhbərləri və din xadimləri tərəfindən Abşeron rayonunda yaşayan şəhid ailələri ziyarət olunub. Görüş zamanı onların problemləri, arzu və istəkləri dinlənilib. Müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Ziyarət zamanı şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Abşeron rayonunda 27 sentyabr -
Abşeron rayonunda 27 sentyabr -
Abşeron rayonunda 27 sentyabr -
Abşeron rayonunda 27 sentyabr -
Abşeron rayonunda 27 sentyabr -
Abşeron rayonunda 27 sentyabr -
Abşeron rayonunda 27 sentyabr -
Abşeron rayonunda 27 sentyabr -
Abşeron rayonunda 27 sentyabr -
Abşeron rayonunda 27 sentyabr -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
379 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...