"27 sentyabr - Anım Günü Qaradağda şəhidlərin məzarları ziyarət olundu

"27 sentyabr - Anım Günü Qaradağda şəhidlərin məzarları ziyarət olundu


27 Sentyabr - Anım Günü ilə əlaqədar Qaradağ rayonunda dəfn olunan Şəhidlərin məzarları ziyarət edilmişdir

27 Sentyabr - Anım Günü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Şura üzvləri, şəhid ailə üzvləri və qazilər, rayon icra hakimiyyətinin rəsmiləri, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, müharibə veteranları və ictimaiyyət nümayəndələri tərəfindən Qaradağ rayonunda dəfn olunan Şəhidlərin məzarları ziyarət edilmiş, önünə əklil və çələnglər qoyulmuşdur.
Məscidlərdə namaz qılınmış, şəhidlərimizin ruhuna dualar oxunmuşdur. Rayon icra hakimiyyəti tərəfindən ehsan süfrəsi təşkil olunmuşdur. Ehsan süfrəsində şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Saat 12:00-da rayon ərazisində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Fəxri Xiyaban ziyarət edilmiş, Şəhidlərin xatirəsi anılmışdır.
Şəhidlərimizin canı, Vətən Müharibəsi iştirakçılarının qəhrəmanlığı və Ali Baş Komandanın apardığı uğurlu siyasət nəticəsində Azərbaycan ordusu düşmən üzərində misli görünməmiş qələbə qazandı.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, bütövlükdə xalqımız əzm və iradə, yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirib.
44 günlük Vətən Müharibəsində döyüş bölgəsində Qaradağ rayonunun 34 sakini şəhid olub.
Bu il Anım gününü digər anım günlərindən fərqləndirən odur ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün hərbi qulluqçularımızın əziz xatirəsini yad edir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

"27 sentyabr - Anım Günü Qaradağda şəhidlərin məzarları ziyarət olundu
"27 sentyabr - Anım Günü Qaradağda şəhidlərin məzarları ziyarət olundu
"27 sentyabr - Anım Günü Qaradağda şəhidlərin məzarları ziyarət olundu



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
316 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...