Bu il Azərbaycanda neçə nəfər qızılca xəstəliyinə yoluxub?

Bu il Azərbaycanda neçə nəfər qızılca xəstəliyinə yoluxub?
Bu il Azərbaycanda qızılca xəstəliyinə 24 yoluxma faktı aşkarlanıb.

GUNDEMİNFO.AZ “report”a istinadən xəbər verir ki, bunu “Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin immonoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva deyib.

Onun sözlərinə görə, həmin faktlar da miqrasiya məsələsi ilə əlaqəlidir:

“Xarici ölkədən qayıdan şəxslər bir neçə nəfəri yoluxdura bilir. Çünki bu, hava-damcı yolu ilə keçən yüksək yoluxduruculuq qabiliyyətinə malik xəstəlik növüdür”.

Mərkəz rəsmisi həmin şəxslərdən 18-nin məhz Bakının payına düşdüyünü bildirib:

“Xəstəliyə yoluxanların yaş qrupuna gəlincə, yoluxanlardan 1 nəfər 0-1 yaş, 18 nəfər 1-18 yaş, 5 nəfər isə 18 yaşdan yuxarı olan şəxslərdir. Ümumilikdə yoluxanların 84 %-i xəstəliyə qarşı vaksinasiya olunmayanlardır”.

G.Azadəliyeva xatırladıb ki, qızılca və digər vaksinlərin tam vurdurulması uşaqların müvafiq xəstəliklərə yoluxmalarının qarşısını ömürlük almış olur:

“Ümumilikdə milli peyvənd təqvimində yer alan və özəl tibb müəssisələrində istifadə olunan vaksinlərin 95 %-i Səhiyyə Nazirliyi və UNİCEF xətti ilə Azərbaycana gətirilir və istifadəsinə, təhlükəsiz şəraitdə daşınmasına zəmanət verilir. Bu da o deməkdir ki, özəl klinikalarda vurulan peyvəndlər də dövlət tibb müəssisələrində vurulan vaksinlərlə eynidir. Son illərdə dövlət tibb müəssisələrində vurulan vaksinlərlə əlaqəli ağırlaşma halı qeydə alınmayıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
555 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...