SDU-da 20 Yanvar şəhidlərinin xatirəsi anıldı - FOTOLAR

SDU-da 20 Yanvar  şəhidlərinin xatirəsi anıldı -


Yanvarın 19-da Sumqayıt Dövlət Universitetində “Qanlı Yanvar hadisələri” nin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirildi.

GUNDEMİNFO.AZ-a verilən məlumata əsasən öncə professor-müəllim, tələbə heyəti universitetin həyətində qanlı yanvar zamanı canlarından keçmiş məzun şəhidlərimizin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzdülər və onların ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
SDU-da 20 Yanvar  şəhidlərinin xatirəsi anıldı -

Rektor, professor Elxan Hüseynov qeyd etdi ki, bu faciə xalqımızın qan yaddaşına əbədi həkk olundu. Xalqımız keçmiş sovet imperiyasının ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçdilər, şəhidlik zirvəsinə ucalaraq müasir tariximizin qəhrəmanlarına çevrildilər.


Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 140-a yaxın dinc vətəndaşın Sovet qoşunları tərəfindən qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqın mübarizə əzmini qıra bilmədi, əksinə xalqımız daha böyük qüvvə ilə mübarizəsini davam etdirdi və bu proseslərin məntiqi nəticəsi olaraq 1991-ci ildə ölkəmiz müstəqilliyinin bərpasına nail oldu. 1980-ci illərin sonlarında başlayan Milli oyanış hərəkatının 20 yanvar hadisələri ilə yeni bir mərhələyə qədəm qoyuldu, faciəyə ilk siyasi qiyməti ümummilli lider Heydər Əliyev tərəfindən 21 yanvar 1990-cı il tarixində Azərbaycan SSR-in Moskvadakı Daimi Nümayəndəliyində keçirdiyi mətbuat konfransında verildi.

1993-cü ildən sonra isə faciənin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması, faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görüldü. Ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələri, əlil olmuş vətəndaşlarımıza hər zaman diqqət və qayğı göstərdi. Rektor ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qayğının hər zaman diqqət mərkəzində olduğunu, onlara verilən təqaüd və müavinətlərin artırıldığını bildirdi.

Tədbirdə Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev “20 Yanvar tariximizin qan yaddaşıdır”, Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev “Qanlı yanvar hadisələrinin xalqımızın müstəqillik arzularının daha da möhkəmlənməsində rolu” mövzularında çıxış edərək bildirdilər ki, 20 Yanvar faciəsi XX əsrdə insanlığa qarşı törədilmiş zorakılığın, qeyri-insani rəftarın, işgəncələrin ən dəh-şətlilərindən biri olmaqla, hər birimizin yaddaşına «qanlı yanvar ge¬cəsi» kimi həkk olunan, yalnız yüzlərlə insanlara yox, bütövlükdə xalqımıza, millətimizə və respublika¬mıza qarşı cinayət aksiyası həyata keçirilmişdir. Natiqlər onu da vurğuladılar ki, 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bu tarix ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldı.
Şəhid ailələri adından Həmzə Adıyevin bacısı Səadət Adıyeva çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirdi və qeyd etdi ki, bu gün Prezident İlham Əliyev həmin faciə zamanı həlak olanların ailələrinə, əlil olanlara qayğısını əsirgəmir, onların sosial ehtiyaclarını diqqətdə saxlayır və şəhid ailələrinə maddi yardım göstərir, vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində daim yaşayır.

Filologiya fakültəsinin tələbələri Günay Allahquliyeva və Könül İbrahimovanın ifalarında “Qanlı yanvar hadisələri”nə həsr olunmuş vətənpərvərlik ruhlu şeirlər səsləndirildi.

Daha sonra rektor Elxan Hüseynov şəhid ailələrini qəbul etdi. Onların maddi-mənəvi problemləri ilə maraqlandı, bildirdi ki, universitetimizdə Şəhidlərimizin əziz xatirəsi daima anılır. Onlar bizim qürur mənbəyimizdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1066 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...