Azərbaycanda minimum əməkhaqqı artırıla bilər

Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
Azərbaycanda aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təkliflər hazırlanır.

“Qafqazinfo” xəbər verir ki, bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planında öz əksini tapıb.

Sənəddə, həmçinin noyabrın 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərin hazırlanaraq təqdim edilməsi qeyd olunub. Bundan əlavə minimum əməkhaqqı anlayışında sosial vəziyyətin nəzərə alınması ilə bağlı təkmilləşdirilmənin aparılması nəzərdə tutulur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
242 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...