Azərbaycanda işsizlərin 78 min nəfəri qeydiyyata alınmayıb

 Azərbaycanda işsizlərin 78 min nəfəri qeydiyyata alınmayıb
Bu ilin iyun ayının 1-nə olan məlumata görə, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 269,4 min nəfər olub və onlardan 4 milyon 982,8 min nəfərini məşğul əhali təşkil edib.
Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, son bir il ərzində iqtisadi fəal əhalinin sayı 56,3 min, məşğul əhalinin sayı isə 62,2 min nəfər artıb.
Nəticədə, ölkədə işsiz insanların sayı 5,9 min nəfər azalaraq, 286,6 min nəfərə düşüb.
Onu da bildirək ki, iyun ayının 1-nə olan məlumata görə, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 208,9 min nəfər olub, onların 43,9%-ini qadınlar təşkil edib.
Açıqlanan məlumatlardan belə görünür ki, ölkədəki işsizlərin 27,1%-i və ya 77,7 min nəfəri qeydiyyata alınmayıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
152 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...