Azərbaycan ərazisində havanın temperaturu yüksəlir

Azərbaycan ərazisində havanın temperaturu yüksəlir

Mayın 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1432 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...