İŞİD müsəlman jurnalisti edam etdi

İŞİD müsəlman jurnalisti edam etdi

İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları onlara sədaqət andı içməkdən imtina edən jurnalisti edam ediblər.
“Press TV”-nin məlumatına əsasən, terrorçuların Mosul şəhərində öldürdükləri İraq telejurnalistikasının veteranı Firas əl – Bahridir. “İslamçılar jurnalistdən terrorçulara sədaqət andı içməyi tələb edib, lakin o imtina edib və yaraqlılar onu öldürüblər”, - deyə Kürdüstan jurnalistlər birliyinin rəhbəri Əkrəm Süleyman bildirib. Terrorçular əl-Bahrini üç həftəyə yaxın girovluqda saxlayıblar.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1315 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...