Azərbaycandan xarici ölkələrə 20 min baş ətlik diri at satılıb – İllər üzrə siyahı

Azərbaycandan xarici ölkələrə 20 min baş ətlik diri at satılıb –
Bu ilin ilk 7 ayı ərzində Azərbaycandan xarici ölkələrə 1 517 baş diri at satılıb.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə diri at ixracı 3,3% (49 baş) azalıb.
Belə ki, 2023-cü ilin ilk 7 ayında Azərbaycandan xaricə 1 468 baş at satılıb.
Bu il xaricə satılan bir baş atın orta gömrük dəyəri 199 dollar (338 manat) olub. Ötən ilin eyni dövründə atlar xaricə daha ucuz satılıb. 2023-ci ilin ilk 7 ayında xaricə satılan bir atın orta gömrük dəyəri 185 dollar (315 manat) olub.
Qeyd edək ki, Azərbaycan ən çox Qazaxıstana diri at satır. Bu il satılan atların 95%-i Qazaxıstana ixrac olunub.
Məlumat üçün bildirək ki, Azərbaycanda diri at (ətlik istiqamət üzrə) ixracına ilk dəfə 2016-cı ildə başlanıb və bu ilin avqust ayına kimi ümumilkdə 19 min 697 baş diri at satılıb.
İllər üzrə ixrac olunan diri atların sayı və qiyməti aşağıdakı kimi olub:


Azərbaycandan xarici ölkələrə 20 min baş ətlik diri at satılıb –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
103 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...