Azərbaycanda evlənən hər 2 nəfərdən biri boşanır – Rəsmi statistika

Azərbaycanda evlənən hər 2 nəfərdən biri boşanır –
Bu ilin ilk 8 ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 30 min 788 nikah və 14 min 248 boşanma halı qeydə alınıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə nikahların sayı 10% (3 min 48 nikah), boşanmaların sayı isə 4,5% (296 boşanma) azalıb.

Məlumat üçün bildirək ki, müstəqillik əldə etdikdən sonra - 1992-ci ildə Azərbaycanda 68 min 740 nikah, 9 min 465 boşanma qeydə alınıb.

Rəqəmlərdən də göründüyü kimi, 1992-ci ildə boşanmaların sayı nikahların sayından 7,3 dəfə az olduğu halada, bu ilin ilk 8 ayında boşanmaların sayı nikahların sayından cəmi 2,1 dəfə az olub.

Bundan başqa 1992-ci ildə boşanmaların nikahlara olan nisbəti 13,8% olubsa, bu ilin ilk 8 ayında bu nisbət 46,3%-ə yüksəlib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
307 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...