Tərtərdə 2 fevral Gənclər Günüdür: “Ordu gəncləri böyük qüvvədir” - FOTOLAR

Tərtərdə 2 fevral Gənclər Günüdür: “Ordu gəncləri böyük qüvvədir” -

2 fevral Gənclər Günü və Azərbaycan Gənclərinin I Forumunun 20 illiyi münasibəti ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə Heydər Əliyev adına parkda “Ordu gəncləri böyük qüvvədir” mövzusunda gənclik və vətənpərvərliyə həsr olunmuş tədbir keçirmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin adını daşıyan meydanda ucaldılan abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.

Sonra tədbir parkda davam etdirildi. Tədbir iştirakçıları Azərbaycan ordusunun arsenalında olan silahlara baxdılar.

Hərbi xidmətçilər, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimai xadimlər, ictimaiyyət nümayəndələrinin və gənclərin iştirak etdiyi tədbir Dövlət himninin səsləndirilməsi ilə başlandı.

Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani və Azərbaycanın xalq artisti Pərvanə Qurbanova tərtərliləri salamlayaraq ordu ilə xalq birliyindən danışdı, hərbçilər müxtəlif döyüş hazırlıqlarını nümayiş etdirdi, Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının, hərbi orkestrin, Gəncə Dövlət Dram Teatrının və Tərtər Rayon Mədəniyyət Evinin özfəaliyyət kollektivlərinin ifasında vətənpərvərlik mahnıları və rəqslər təqdim edildi. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları salamlayaraq, gəncləri bayram münasibəti ilə təbrik etdi, qəhrəman tərtərlilərin döyüşlərdə göstərdikləri sücaətdən danışdı, Tərtər gənclərinin vətənpərvərliyindən söhbət açdı. O, bildirdi ki, rayon ərazisi 48 kilometr məsafədə düşmənlə təmas xəttində yerləşir. Qarabağ müharibəsi zamanı minlərlə tərtərli Vətənin müdafiəsinə qalxıb, onlardan 300 nəfərdən çoxu şəhid olub, yüzlərlə insan sağlamlığını itirib. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş tərtərlilərdən 2 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qəhrəmanlığı ilə dillər əzbəri olan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov da məhz Tərtərin Çaylı kəndindən işğal altında olan torpaqlarımıza keçmiş, düşmənə ağır zərbələr vuraraq qəhrəmanlıq səlnaməsi yazmışdır. Tərtərdə elə küçə, elə ev tapılmaz ki, oradan cəbhəyə oğul yola salınmasın. Tərtərli gənclərdə vətənpərvərlik hissləri daha güclüdür. Bu gənclərin uşaqlığı top-tüfəng sədası altında keçib, müharibənin nə olduğunu, onun törətdiyi fəlakətləri daha yaxşı dərk edirlər. Qəhrəman tərtərlilər düşmənə bir qarış da torpaq verməyiblər.

Tərtərlilər yaxşı döyüşdükləri kimi, həm də yaxşı işləyirlər. Rayonumuzun sosial-iqtisadi inkişafında yaxından iştirak edirlər.

Bu gün ata və qardaşlarının keçdiyi döyüş yolu gənclərimizə bir örnəkdir. Gənclərimiz bayramlarda, tarixi günlərdə, hərbi hissələrdə keçirilən “Açıq qapı” günlərində hərbi hissələrdə olur, onlarla birlikdə hərbi texnikalardan istifadə qaydalarını öyrənir, orduya güvənirlər. Bu günün azərbaycanlı gənci belədir. Ordu və xalq birliyi güclüdür. Bu birlik nəticəsində Müstəqil Azərbaycan inkişaf edir, möhkəmlənir. Azərbaycanın I Avropa oyunlarına ev sahibliyi etməsi onun inkişafını bir daha sübut etdi, Azərbaycanı bütün dünyaya tanıtdı.

Müdafiə Nazirliyinin generalları Rasim Əliyev və Hikmət Həsənov çıxış edərək, Azərbycanda ordu quruculuğundan, Silahlı Qüvvələrin təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən söz açdı. Bildirildi ki, ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ordumuzun güclənməsi istiqamətində uğurlu siyasət həyata keçirilir. Silahlı Qüvvələrə göstərilən xüsusi qayğının nəticəsidir ki, Azərbaycan ordusu bu gün regionun ən güclü ordusuna çevirilib. Cəbhə xəttində Erməni silahlılarının bütün təxribat cəhdləri qarşısı qətiyyətlə alınır, düşmənə layiqli cavab verilir. Azərbaycan ordusunun bugünkü durumu, maddi-texniki bazası, müasir silahlarla təminatı, ən əsası şəxsi heyətin döyüş ruhu, mənəvi əhval ruhiyyəsi və ordu ilə xalqın monolit birliyi onu deməyə imkan verir ki, ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir.

Tədbirdə Azərbaycanın paralimpiyaçı cüdoçusu, ikiqat paralimpiya, beşqat Avropa və dünya çempionu, birinci Avropa Oyunlarının qızıl medalçısı İlham Zəkiyevə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyə təqdim edildi.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular.

Mərkəzdə respublikanın müxtəlif bölgələrində xidmət edən 60 nəfər hərbi qulluqçuya “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medal, qiymətli hədiyyələr və Fəxri Fərmanlar təqdim edildi.

Azərbaycan Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən təsis edilən “Fədai” medalı ilk dəfə olaraq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova təqdim edildi.
Tərtərdə 2 fevral Gənclər Günüdür: “Ordu gəncləri böyük qüvvədir” -
Tərtərdə 2 fevral Gənclər Günüdür: “Ordu gəncləri böyük qüvvədir” -
Tərtərdə 2 fevral Gənclər Günüdür: “Ordu gəncləri böyük qüvvədir” -
Tərtərdə 2 fevral Gənclər Günüdür: “Ordu gəncləri böyük qüvvədir” -
Tərtərdə 2 fevral Gənclər Günüdür: “Ordu gəncləri böyük qüvvədir” -
Tərtərdə 2 fevral Gənclər Günüdür: “Ordu gəncləri böyük qüvvədir” -
Tərtərdə 2 fevral Gənclər Günüdür: “Ordu gəncləri böyük qüvvədir” -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1166 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...