Yolda təkəri partladı, AAYDA-nı məhkəməyə verib təzminat aldı – Fotolar

Yolda təkəri partladı, AAYDA-nı məhkəməyə verib təzminat aldı –
Azərbaycanda sürücü AAYDA-nı məhkəməyə verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə sürücü, radio aparıcısı Elgün Xıdırov sosial şəbəkə hesabında məlumat verib.
Belə ki, magistral yoldakı yararsız vəziyyətlə əlaqədar onun avtomobilinin təkəri partlayıb. Sürücü bununla bağlı məhkəməyə müraciət edərək, məhkəməni udub və təzminat alıb.
Hadisə M1 yolunun 119-cu km-də, Şabran rayonu ərazisində baş verib.
Hadisənin təffərrüatları ilə bağlı o sosial şəbəkə hesabında bunları yazıb:
“Bu yazıda sizinlə maraqlı və prinsipial bir məhkəmə təcrübəsini bölüşürəm. Düşünürəm ki, belə məhkəmə işləri Azərbaycanda çox az rast gəlinir. Çünki sürücülər oxşar hallarda ya nə etmək lazım olduğunu bilmir və yaxud prosesin ümidsiz olacağından çəkinib dəymiş zərəri özləri qarşılamalı olur.
Beləliklə, təxminən 1 il əvvəl Xaçmaza gedərkən avtomobilimin təkəri M1 yolunun 119-cu km-də, Şabran rayonu ərazisində çuxura düşərək partladı. Gecə vaxtı, soyuq, çiskinli hava və işıqlandırılmayan magistral yol. Sürəti 90 olan bir avtomobilin qabaq təkərinin partlaması çox təhlükəli vəziyyətdir. Bu halda avtomobili maksimum düz saxlamağa çalışmaq, qəfil əyləc vermədən ətalətlə, daha sonra yumşaq əyləclə sürəti azaldıb yol çiynində, təhlükəsiz yerdə saxlamaq lazımdır.
İlk işim 102 qaynar xəttinə qəza ilə bağlı məlumat vermək oldu. Maraqlıdır ki, növbətçi hissə və yol polisi də xəsarətin olmadığı və ikinci avtomobilin iştirak etmədiyi bir qəzanın fiksə olunması istəyimə təəccüblənsə də, mən israrla qəza faktını qeydə aldırdım. Daha sonra təkəri dəyişməklə məşğul oldum. Bu səhnəni Viktor Hüqo sayağı saatlarla təsvir etmək olar. Telefonun işığı ilə bolt açmaq, palçıqlı əllə sonra yenidən bir təhər işıq tutmaq. Təkəri dəyişib yaxınlıqdakı YDM-ə getdim. Orada dedilər ki, məndən əvvəl 2 maşın da həmin yerə düşüb və təkəri partlayıb. Maşınlardan biri hələ də domkratı olmadığı üçün orada qalmışdı. Kömək elədim, onun da təkərini dəyişdik.
Sabahı gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə zəng vurub yolun vəziyyəti barədə məlumat verdim və təcili düzəlməli olduğunu dedim. Bu qurumun, xüsusən də Magistral yollar idarəsinin məsuliyyətsizliyi üzündən hər gün çox sayda sürücüyə maddi ziyanlar dəyir. İnsanların həyatını itirdiyi bir çox qəzalarda isə biz ancaq bunu eşidirik - sürücü idarəetməni itirdi. Niyə, hansı səbəbdən itirdiyi isə hesab edirəm ki, lazımı səviyyədə araşdırılmır. Qəzalardan sonra belə yollar təhlükəsiz vəziyyətə gətirilmir. Misal olaraq illər əvvəl H.Z.Tağıyev qəsəbəsindəki körpüdən aşmaqla 3 nəfərin həyatı bahasına başa gələn qəzadan sonra qırılan sədlər hələ də düzəldilməyib. Ümumiyyətlə, yollarda belə hissələr çoxdur.
Nə isə, qayıdaq mətləbə. Yol polisi mənim izahatımı aldıqdan və qəzanın sxemini tərtib etdikdən sonra rəhbərliyə raport hazırladı. Mənsə avtomobilimə dəymiş zərəri müəyyənləşdirmək üçün servisə getdim. Məlum oldu ki, təkərlə yanaşı stabilizator və təkər topunun (“ступица”) diyircəkli yastığı (“подшипник”) sıradan çıxıb. Mənə dəymiş zərəri məktub yazaraq AAYDA-dan istəsəm də uzun müddət heç bir reaksiya olmadı. Zəng vurduqda yenə eyni vəziyyət, vətəndaş müraciətlərinə laqeydlik və hətta kobud davranış, şikayətlərə isə 0 reaksiya gördüm.
Beləliklə qərara aldım ki, bu məsuliyyətsizlik, laqeydlik və hörmətsizliyə qarşı durmaq artıq təkcə mənim yox, hər gün, hər ay, hər il minlərlə zərər görən sürücülərin mövqeyi olaraq prinsipial məsələdir. Sənədləri hazırlayıb Binəqədi Rayon Məhkəməsinə müraciət etdik.
Məhkəmələrin gedişatında Agentliyin cavabdeh nümayəndəsi ekspertiza tələb edərək servisin müyyənləşdirdiyi məbləği bir qədər azlatsa da, bu ümumi məzmuna ciddi təsir göstərmədi və daha çox prosesi uzatmaq təəssüratı yaratdı.
Birinci instansiya məhkəməsinin mənim xeyrimə qəbul etdiyi qərarla razılaşmayan AAYDA-nın hansı üzlə apellyasiya şikayəti verməsi mənə hələ də maraqlıdır. Nəticə olaraq agentliyin şikayəti təmin edilmədi və Binəqədi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldı”.
Qeyd edək ki, məhkəmə AAYDA-nın sürücüyə 933 manat ödəməsi ilə bağlı qərar qəbul edib.


Yolda təkəri partladı, AAYDA-nı məhkəməyə verib təzminat aldı –
Yolda təkəri partladı, AAYDA-nı məhkəməyə verib təzminat aldı –
Yolda təkəri partladı, AAYDA-nı məhkəməyə verib təzminat aldı –
Yolda təkəri partladı, AAYDA-nı məhkəməyə verib təzminat aldı –
Yolda təkəri partladı, AAYDA-nı məhkəməyə verib təzminat aldı –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
78 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...