“Ailə park” MTK Nərimanovda söküntü zamanı ağacları kəsib - VİDEO

“Ailə park” MTK Nərimanovda söküntü zamanı ağacları kəsib -
Aprelin 26-da 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən nəzarət tədbirləri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirlər çərçivəsində Nərimanov rayonu, İzəddin Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində “Ailə park” MTK tərəfindən aparılan söküntü işləri zamanı 15 ağac və kol bitkisinin kəsildiyi və təbiətə 13380 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

İdarənin rəisi Qafar Ağayev bildirib ki, faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır:

“Kəsilmiş ağacların əvəzinə ərazidə yeni yaşıllıqların salınması üçün “Ailə park” MTK-ya tapşırıq verilib”.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
32 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...