Ukraynada oğurlanan azərbaycanlı iş adamı sərbəst buraxıldı

Ukraynada oğurlanan azərbaycanlı iş adamı sərbəst buraxıldı
Ukraynanın Odessa şəhərində oğurlanan azərbaycanlı iş adamı, diaspor nümayəndəsi Vüqar Fərhad oğlu Osmanov bu gün sərbəst buraxılıb.
Gundeminfo.az “Report”a istinadən xəbər verir ki, həmyerlimiz bu gün axşam saatlarında onu aparan naməlum şəxslər tərəfindən sərbəst buraxılıb.
Bildirilib ki, Osmanovun kimlər tərəfindən aparılıb sonradan buraxılması ilə bağlı dəqiq məlumat yoxdur.
Qeyd edək ki, aprelin 16-da 1972-ci il təvəllüdlü V. Osmanov Odessada idman zalından çıxarkən naməlum şəxslər tərəfindən avtomobilə əyləşdirilərək məlum olmayan istiqamətə aparılıb. Ondan sonra Vüqarla heç bir əlaqə olmayıb. Yerli polis dərhal rəsmi axtarışa başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
53 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...