740 minə inzibati bina təmiri, bir gündə iki tender: “Aqroservis” hər il nə qədər pul xərcləyir?
“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti bir gündə iki tender keçirib.
Tribunainfo.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.
Məlumatda deyilir ki, həmin tenderlərdən biri mövcud yanğından mühafizə sistem vasitələrinə texniki xidmətin (qulluq) satın alınması ilə bağlı olub. “Region Yanğın Təhlükəsizlik Sistemləri Servisi” MMC ilə əldə olunan anlaşmaya görə, tender “Aqrarservis”ə 47,2 min manata başa gələcək.
Qurumun keçirdiyi ikinci tender isə minik nəqliyyat vasitələrinin ehtiyat hissələrinin və təmir xidmətlərinin satın alınması olub. “MOTOR CLINIC” MMC ilə əldə olunmuş razılaşmaya əsasən ASÇ 148,5 manatlıq müqavilə imzalanıb.
Bildirək ki, açıq mənbələrdə “Aqroservis” ASC-nin keçən il üç tender keçirdiyi qeyd edilir. Belə ki, “AS MOTORS” MMC ilə 77 min 215 manatlıq müqavilə bağlayan qurum, həmin vəsaitlə nəqliyyat vasitələri üçün sürtgü materiallarının və ehtiyat hissələrinin satın alınmasını reallaşdırıb.
Texnika və nəqliyyat vasitələrinə quraşdırılmış GPS trekerlərinə texniki dəstəyin göstərilməsi ilə bağlı isə ASC “ALKN GROUP” MMC ilə anlaşıb. Bu işləri şirkətə 154 min 830 min manata gördürüb.
“Aqroservis” ötən il inzibati binasını da təmir etdirib. Belə ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 12 ünvanında mövcud olan inzibati binanın təmir işlərinə 740 min 283 manat xərclənib. Bu işləri isə “OMAR NN GROUP” MMC həyata keçirib.
Xatırladaq ki, “Aqroservis” ASC Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Hazırda bu quruma Mehman Veysəlov rəhbərlik edir. O, ötən ilin avqustunda ASC-nin İdarə Heyətinin sədir təyin olunub.
Veysəlov Britaniyada təhsil alıb. O, 2019-2024-cü illərdə “Modern” Şirkətlər Qrupunda Baş icraçı direktor vəzifəsini icra edib.
Qarşı tərəfi də dinləməyə hazırıq.
21 dəfə oxundu