İstehlak kreditlərinin yarıdan çoxu 2 bankın payına düşüb - Tam siyahı

Yeniavaz.com xəbər verir ki, banklar tərəfindən verilən istehlak kreditlərinin yarıdan çoxu – 4 milyard 976,3 milyon manatı 2 bankın – “Kapital Bank” və Azərbaycan Beynəlxalq Bankının (ABB) payına düşüb.
Ən çox istehlak krediti verən bank “Kapital Bank” olub. Belə ki, bu bank 1 iyul tarixinə kimi 3 milyard 48,9 milyon manat istehlak krediti verib və bu göstərici son 3 ayda 1,4% artıb.
Ən az istehlak krediti verən bank isə İran Milli Bankının Bakı fililalı olub. Bu bank cəmi 1,8 milyon manat istehlak krediti ayırıb.
Qeyd edək ki, son 3 ayda istehlak kreditlərini ən çox artıran bank “Paşa Bank” olub. Bu bankın istehlak kreditləri son 3 ayda 41,2% artıb. İstehlak kreditləri ən çox azalan bank isə İran Milli Bankının Bakı fililalı olub. Bu bankın istehlak kreditləri son 3 ayda 25,8% azalıb.
Onu da bildirək ki, son 3 ayda istehlak kreditləri azalan cəmi 3 bank olub – “Xalq Bank” (9,1%), “Premium Bank” (1%) və İran Milli Bankının Bakı fililalı (25,8%).
Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilən istehlak kreditləri belə olub:
48 dəfə oxundu