Rayon rəhbəri şəhid anası Tamara İbrahimovanın yas mərasimində iştirak edib

Rayon rəhbəri şəhid anası Tamara İbrahimovanın yas mərasimində iştirak edib
Tərtər rayonunun Dəmirçilər kəndində Birinci Qarabağ müharibəsi şəhidi Oktay İbrahimovun anası Tamara İbrahimovanın üç mərasimi keçirilib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı veriblər.

Qeyd edək ki, şəhid İbrahimov Oktay Qaçay oğlu 1967-ci il noyabr ayının 24-də Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub. 1984-cü ildə Dəmirçilər kənd orta məktəbini bitirib. 1987-1989-cu illərdə keçmiş Sovet Ordusu sıralarında xidmət edib. Hərbi xidmətdən qayıtdıqdan sonra öz kolxozlarında sıravi kolxozçu kimi əmək fəaliyyətinə başlamış, daha sonra isə Gəncədə qaynaqçı işləmişdir. Erməni yağılarının Azərbaycan torpaqlarına tecavüzünün genişlənməsi ilə əlaqədar olaraq öz kəndlərinə qayıtmış və 1993-cü il aprel ayının 5-də "Tərtər özünümüdafiə batalyonu"nun tərkibinə səfərbərliyə alınmışdır. Həmin batalyonun tərkibində Ağdərə ərazisində gedən döyüşlərdə iştirak etmişdir. May ayının 3-də Talış kəndində gedən döyüşdə ağır yaralanmış və Bakıda hərbi qospitalda xeyli müddət müalicə aldıqdan sonra yenidən öz hərbi hissəsinə qayıdaraq mübarizəsini davam etdirmişdi. Avqust ayının 19-da Ağdərə bölgəsində 3 nömrəli sovxozun ətrafında gedən döyüşdə şəhid olmuşdur.

Subay idi. Dəmirçilər kənd qəbiristanlığında dəfn edilib.

Mərhumun yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.


Rayon rəhbəri şəhid anası Tamara İbrahimovanın yas mərasimində iştirak edib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
39 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...