ADNSU-da Qarabağ üçün qəzəb günü - FOTOLAR

ADNSU-da Qarabağ üçün qəzəb günü  -


Aprelin 4-də saat 12:00-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tənəffüs zamanı tələbələr aprelin 2-də təmas xəttində baş verən erməni təxribatlarını, atəşkəsin pozulmasını, erməni cinayətkarlığını pisləyən aksiya keçiriblər. "Qarabağı işğaldan azad edəcəyik", "Şəhidlər ölməz, Vətən bölünməz", "Qarabağ bizimdir, düşməndə qalmaz" şüarları səsləndirən gənclər dövlət himnini oxuyublar.

GUNDEMİNFO.AZ xəbər verir ki, Həmin gün saat 15:00 da aksiya rektor Mustafa Babanlı və müəllim heyətinin iştirakıyla davam edib. Ermənistanın Azərbaycana qarşı törətdiyi silahlı təxribatı nəticəsində həlak olmuş hərbiçilərimizin və mülkü şəxslərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Dövlətə, orduya, Ali Baş Komandana dəstək məqsədilə bir araya gələn aksiya iştirakçıları “Qarabağ bizimdir, bizim olacaq”, “Şəhidlər ölməz, vətən bölünməz”, “Yaşasın Qarabağ, yaşasın Azərbaycan!” şüarları səsləndiriblər. Aksiyada tələbə və müəllimlər çıxış edib, erməni işğalçılarının Azərbaycan torpaqlarında törətdiyi cinayətkar əməllərdən söz edərək düşmənlərin nəhayətdə öz layiqli cabavlarını aldıqlarını bildiriblər.

Aksiyada Dağlıq Qarabağ və ondan kənar 7 rayonun işğal faktı, BMT-nin 4 qətnaməsində torpaqlarımızın qeyd-şərtsiz işğaldan azad olunması və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dünya ictimaiyyəti qarşısında hüquqi sənədlərin olması ilə bağlı fikirlər səslənib, Ermənistanın beynəlxal hüquq normalarına məhəl qoymaması pislənib.

Rektor M.Babanlı tələbələrin təşəbbüsü ilə səhər saatlarından vüsət alan “cəbhədə ordumuz tərəfindən erməni təxribatına verilən layiqli cavaba dəstək” aksiyasını yüksək dəyərləndirib. Bildirib ki, Azərbaycan dövləti münaqişənin sülh yolu ilə, danışıqlar müstəvisində həllinə çalışdıqca, erməni işğalçıları bundan şirniklənərək daha çox torpaq işğal etmək niyyətlərini ortaya qoyurlar. Son günlər cəbhədə baş verənlər cəmiyyətin hər bir üzvü kimi tələbələri də düşündürməkdədir. Bu mənada Azərbaycanda vətənpərvər gənclərin yetişdiyini qeyd edən rektor hər kəsi işğalçı Ermənistanın məkirli siyasətinə qarşı birgə olmağa səsləyib.
Aksiya iştirakçıları çıxışlarında dünya ictimaiyyətini Ermənistanın məkirli siyasətinə qarşı ədalətli olmağa çağırıblar.

Allah vətən uğrunda canını verən şəhidlərimizə rəhmət eləsin! Düşmənə layiqli cavabı verməsi üçün dövlətimizə qüdrət, əsgərlərinə güc versin!
Biz də sənin müsəlləh əsgərlərinik, VƏTƏN!


ADNSU-da Qarabağ üçün qəzəb günü  -
ADNSU-da Qarabağ üçün qəzəb günü  -
ADNSU-da Qarabağ üçün qəzəb günü  -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1555 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...