Qaradağda “Qan ver, xilas et” adlı aksiya keçirilib - FOTOLAR

Qaradağda “Qan ver, xilas et” adlı aksiya keçirilib -


Qaradağ rayonunda “Qan ver, xilas et” devizi altında növbəti qan vermə aksiyası keçirilib. 05 Aprel 2016-cı il tarixində Lökbatan qəsəbəsindəki 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsində növbəti könüllü qanvermə aksiyası keçirilib.

GUNDEMİNFO.AZ xəbər verir ki, Qaradağ Rayon İcra hakimiyyətinin təşəbbüsü ilə başlayan aksiyada rayonun bütün qəsəbələrindən olan sakinlər, o cümlədən idarə və müəssisələrdə çalışan əməkdaşlar, geniş ictimaiyyətin nümayəndələri və gənclər iştirak ediblər. Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitunun Mərkəzi Qan Bankının 20-yə yaxın tibbi personalı aksiyaya cəlb edilmişlər. Tədbirdə iştirak edən Qaradağ sakinləri vətəndaşlıq borclarını yerinə yetirmək üçün bura gəldiklərini bildiriblər.

Könüllü qan vermə aksiyasinda rayon sakinləri yüksək fəallıq göstərmiş, gün ərzində müayinə olunan 500 dən çox rayon sakininin 200 nəfərindən qan götürülərək Mərkəzi Qan Bankına təhvil verilib.


Qaradağda “Qan ver, xilas et” adlı aksiya keçirilib -
Qaradağda “Qan ver, xilas et” adlı aksiya keçirilib -
Qaradağda “Qan ver, xilas et” adlı aksiya keçirilib -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
833 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...