Azərbaycan prezidenti həmsədrləri qəbul edib

Azərbaycan prezidenti həmsədrləri qəbul edib


Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini - Ceyms Uorlik, İqor Popov və Pyer Andryunu qəbul edib. APA-nın məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı vəziyyət müzakirə olunub.

Həmsədrlər cəbhə xəttində atəşkəs razılaşmasının əldə olunmasını alqışlayıblar. Onlar belə bir fikri diqqətə çatdırıblar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırda aparılan danışıqlar daha intensiv xarakter almalı və bu danışıqlar nəticəsində münaqişə tezliklə öz həllini tapmalıdır.

Görüşdə ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik də iştirak edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
764 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...